Geri

17 avqust 2017-ci il saat 09:15-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 avqust 2017-ci il tarixində dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları bu gün saat 08:45-dən etibarən davam etdirilir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məlumatına əsasən, axtarışları aparılan şəxslərdən biri 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğludur. Digər vətəndaşın şəxsiyyəti dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.
Geri

17 avqust 2017-ci il saat 09:00-dək:

Bakı şəhərinin Xətai rayonunda Neopal dairəsi yaxınlığında ''Opel" markalı minik avtomobilində partlayıcı qurğu olması barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) hadisə barədə məlumatlandırılmışdır. XRXX və ANAMA-nın mütəxəssisləri tərəfindən həmin avtomobilə birlikdə baxış keçirilmiş, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində heç bir şübhəli əşya və qurğu aşkar edilməmişdir.
Geri

17 avqust 2017-ci il saat 08:15-dək:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan kafenin mətbəxində mətbəx əşyaları 4 m2 sahədə yanmışdır. Kafenin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.