Geri

16 avqust 2017-ci il saat 16:30-dək:

Sabirabad rayonu, Ulacalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 500 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 80 m2 sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 avqust 2017-ci il saat 15:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Parkda 1 nəfər intihar məqsədilə özünü dənizə atmışdır. Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunmuşdur. Təxminən, 50-55 yaşlarında olan qadın meyiti sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:40-da başa çatmışdır.

Geri

16 avqust 2017-ci il saat 13:10-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:17-də başa çatmışdır.

Geri

16 avqust 2017-ci il saat 08:30-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonu, Liman şəhərində  “VAZ” markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobildə sıxılmış vəziyyətdə qalmış 1985-ci il təvəllüdlü Xudiyev Kamran Əzizağa oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 06:05-də başa çatmışdır.

Geri

16 avqust 2017-ci il saat 07:30-dək:

Sumqayıt şəhərində vətəndaşa məxsus fəaliyyət göstərməyən  ümumi sahəsi 100 m2 olan birmərtəbəli nzibati binanın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 23:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 280 m2 olan ikimərtəbəli 9 otaq və aynabənddən ibarət evin içərisində taxtadan ibarət pilləkənin üzlüyü 1 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Kosalar kəndində vətəndaşa məxsus evin həyətyanı sahəsinə yığılmış ot bağlamasının 2 tonu yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Mollavazlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 154 m olan birmərtəbəli  4 otaqlı evin dam örtüyünün, 2 otağının yanar konstruksiyaları ev əşyaları 80 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:25-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.