Sumqayıt şəhərində vətəndaşa məxsus fəaliyyət göstərməyən ümumi sahəsi 100 m2 olan birmərtəbəli nzibati binanın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 23:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 280 m2 olan ikimərtəbəli 9 otaq və aynabənddən ibarət evin içərisində taxtadan ibarət pilləkənin üzlüyü 1 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qazax rayonu, Kosalar kəndində vətəndaşa məxsus evin həyətyanı sahəsinə yığılmış ot bağlamasının 2 tonu yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Saatlı rayonu, Mollavazlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 154 m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün, 2 otağının yanar konstruksiyaları ev əşyaları 80 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:25-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.