Geri

15 avqust 2017-ci il saat 23:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 3 azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri azyaşlıları bağlı qapı arxasından xilas edərək valideyinlərinə təhvil vermişlər.  Əməliyyat saat 21:56-da başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşlara müvafiq köməklik göstərmişdir. Əməliyyat saat 22:07-də başa çatmışdır.

Geri

15 avqust 2017-ci il saat 22:40-dək:

Masallı rayonu, Qızılağac kəndində Qızıl ağac  Dövlət  Qoruğunun ərazisində 5 ha  quru ot və  kol-kos yanmışdır. Qoruğun ərazisindəki ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Atabəy kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə və içərisinə  yığılmış 2.5 ton ot bağlamasının 0.8 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə  olunmuşdur Yanğın saat 19:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan təmiri başa çatmamış 2 otaqlı mənzilin eyvanında 10 m2 sahədə taxta qırıntıları və kağız kisələr yanmış, yüksək temperaturdan eyvanın plastikdən ibarət giriş qapısı və pəncərə çərçivəsi  qismən ərimişdir. Mənzil  yanğından mühafizə  olunmuşdur. Yanğın saat 21:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 avqust 2017-ci il saat 21:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşa müvafiq köməklik göstərmişdir.  Əməliyyat saat 19:35-də başa çatmışdır.

Geri

15 avqust 2017-ci il saat 16:10-dək:

Qazax rayonu, Kosalar kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan talvarın altına yığılmış ümumi çəkisi 20 ton olan ot bağlamsının 5 tonu yanmışdır. Yanğın zamanı bitişik tövlədə olan 1 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olmuşdur. Ot bağlamasının qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Aşağı Ağcakənd kəndində bələdiyyəyə məxsus ərazidə 15 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri  yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 avqust 2017-ci il saat 15:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşa müvafiq köməklik göstərmişdirlər.  Əməliyyat saat 13:07-də başa çatmışdır.

Geri

15 avqust 2017-ci il saat 14:25-dək:

Qəbələ rayonu, Təzəkənd kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığımış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 avqust 2017-ci il saat 11:35-dək:

Ağcabədi rayonu, Taynaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 500 m2 olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 15 m2 sahədə  yanmışdır.  Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 avqust 2017-ci il saat 11:00-dək:

14 avqust 2017-ci ildə tarixində Xaçmaz rayonu, Moruqoba kəndi ərazisində suni göldə batdığı ehtimal olunan 1952-ci il təvəllüdlü Kuçeryavıy Vyaçeslav Anatoliviçin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri  tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:47-də başa çatmışdır.​

Geri

15 avqust 2017-ci il saat 08:00-dək:

Cəlilabad rayonu, Qarazəncir kəndində vətəndaşa məxsus həyətyanı sahədə 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Birinci Şıxlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m² olan kürsülu birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 m² olan kürsülu, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​

Geri

15 avqust 2017-ci il saat 01:00-dək:

Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 16 m² sahədə qismən yanmış və plastik qapı ərimişdir. Yanğın zamanı ev sahibi yanğınsöndürənlər tərəfindən təxliyyə edilmişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Müdrisə kəndində ayrı-ayrı vətəndaşlara məxsus həyətyanı sahədə yığılmış 6 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​