Geri

28 iyul 2017-ci il saat 09:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Yeyənkənd kəndində 1 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq, dərinliyi 22 metr olan su quyusundan 1974-cü il təvəllüdlü Əsədov Bulud Qurban oğlunun cəsədini çıxaraq  aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 08:24-də başa çatmışdır.

Geri

28 iyul 2017-ci il saat 07:50-dək, ilkin məlumata əsasən:

İsmayıllı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan tövlənin dam örtüyünün taxta atmaları 3 m2 sahədə və damına yığılmış 200 kq ot bağlamasının 100 kq-ı yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​

Geri

28 iyul 2017-ci il saat 03:00-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonunda vətəndaşa məxsus həyətyanı sahədə 30 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tövlə və kombayn yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli müxtəlif təyinatlı hər birinin sahəsi 20 m2 olan mağazaların yanar konstruksiyaları və içərisində olan mallar 60 m2 sahədə yanmış, yüksək temperaturdan digər 2 mağazanın tavanı 40 m2 sahədə ərimişdir. Mağazaların qalan hissəsi və anbarlar yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

28 iyul 2017-ci il saat 00:50-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 23:20-də başa çatmışdır.

Geri

28 iyul 2017-ci il saat 00:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 23:54-də başa çatmışdır.

Geri

28 iyul 2017-ci il saat 00:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:01-də başa çatmışdır.