Geri

22 iyul 2017-ci il saat 12:30-dək, ilkin məlumata əsasən:

İlkin məlumata əsasən, Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır. Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmamışdır. Əlavə məlumat veriləcək.

Geri

22 iyul 2017-ci il saat 11:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xiloasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 10:18-də başa çatmışdır.

Geri

22 iyul 2017-ci il saat 11:00-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Eminli kəndində vətəndaşa məxsus "Belarus" markalı traktora qoşulmuş 3 ədəd qoşqudan birinin yanar hissələri və 10 ton ot bağlaması yanmışdır. Traktorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Mustafalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 4.5 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

22 iyul 2017-ci il saat 09:45-dək, ilkin məlumata əsasən:

Qəbələ rayonu, Məlikli kəndində vətəndaşa məxsus ümumi sahəsi 163 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​

Geri

22 iyul 2017-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Siyəzən rayonu, Sədan kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılmış 40 ton ot bağlamasının 15 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 600 m2 olan mağazada 1 ədəd soyuducu yanmışdır. Mağaza yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Hacıəhmədli kəndində vətəndaşa məxsus həyətyanı sahədə 4 ton ot bağlamasının 2,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

22 iyul 2017-ci il saat 01:30-dək, ilkin məlumata əsasən:

Füzuli rayonu, Alxanlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 100 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı digər əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Sarıtəpə kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 16 ton ot bağlamasının 9 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "Chery" markalı minik avtomobilinin yük hissəsi, arxa oturacağı və ətrafında 80 m2 sahədə quru ot yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yardımlı rayon, Ərus kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 60 m2 sahədə və içərisinə yığılmış 18 ton ot bağlamasının 11 tonu yanmışdır. Köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü və tavanı 20 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Privolnoye kəndində vətəndaşa məxsus ümumi sahəsi 67 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 47 m2 sahədə və ev əşyaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:40-da başa çatmışdır;

Şamaxı rayonu, Birinci Çaylı kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan talvarın altına yığılmış 12 ton ot bağlamasının 6 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğının mühafizə olunmuşdur. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədəməlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:16-da başa çatmışdır.