Geri

17 iyul 2017-ci il saat 21:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:31-də başa çatmışdır.

Geri

17 iyul 2017-ci il saat 20:30-dək, ilkin məlumata əsasən:

Qobustan rayonu, Ərəbşalbaş kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və tikilinin damına yığılmış 1 ton ot bağlamasının 500 kiloqramı yanmışdır. Köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Taxtalar kəndində vətəndaşa məxsus ümumi sahəsi 450 m2 olan sexin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə, ümumi sahəsi 3 m2 olan köməkçi tikili, yaxınlıqda yığılmış 8 ton bağlaması, 485 ha biçilmiş əkin sahəsi və meşə zolağında 15 ha ərazidə ağaclar yanmışdır. Meşə zolağının qalan hissəsi və əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, İkinci Səmədxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 75 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə və tövlənin damına yığılmış 10 ton ot bağlamasının 3 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 iyul 2017-ci il saat 18:50-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1956-cı il təvəllüdlü Heydərov Səttar Qambay oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:28-də başa çatmışdır.

Geri

17 iyul 2017-ci il saat 18:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:46-da başa çatmışdır.

Geri

17 iyul 2017-ci il saat 17:50-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:16-da başa çatmışdır.

Geri

17 iyul 2017-ci il saat 15:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 600 m2 olan ərazidə fəhlələrin soyunub geyinmə otağı 15 m2 və 150 m2 sahədə plastik tullantılar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı şəhərində ümumi sahəsi 1500 m2 olan anbarın dam örtüyünün yanar konstruksiyaları 6 m2 sahədə yanmışdır. Anbarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz şəhərində transformatorun yanar hissələri və yaxınlıqda 100 m2 sahədə quru ot yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 iyul 2017-ci il saat 13:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:35-də başa çatmışdır.

Geri

17 iyul 2017-ci il saat 12:20-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 10:12-də başa çatmışdır.

Geri

17 iyul 2017-ci il saat 09:10-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonu, Əliabad qəsəbəsində reklam lövhəsi yanmışdır. Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 iyul 2017-ci il saat 05:45-dək, ilkin məlumata əsasən:

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 132 m2 olan restoranın mətbəxin yanar konstruksiyaları 10 m2 sahədə yanmışdır. Restoranın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 iyul 2017-ci il saat 03:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "DAEWOO" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda Səhiyyə Nazirliyinin balansında olan "Mercedes" markalı təcili tibbi yardım avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 iyul 2017-ci il saat 01:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 8 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:37-da başa çatmışdır.