Geri

17 iyul 2017-ci il saat 12:20-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 10:12-də başa çatmışdır.

Geri

17 iyul 2017-ci il saat 09:10-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonu, Əliabad qəsəbəsində reklam lövhəsi yanmışdır. Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 iyul 2017-ci il saat 05:45-dək, ilkin məlumata əsasən:

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 132 m2 olan restoranın mətbəxin yanar konstruksiyaları 10 m2 sahədə yanmışdır. Restoranın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 iyul 2017-ci il saat 03:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "DAEWOO" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda Səhiyyə Nazirliyinin balansında olan "Mercedes" markalı təcili tibbi yardım avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 iyul 2017-ci il saat 01:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 8 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:37-da başa çatmışdır.