Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İmişli rayonu, Ağaməmmədli kəndi ərazisində “QAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1958-ci il təvəllüdlü Məmmədov Valeh Haqverdi oğlunun cəsədini çıxarmış və aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 23:05-də başa çatmışdır.