Geri

05 iyun 2017-ci il saat 19:40-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda quru ot və kol-kos 6 ha sahədə yanmışdır. Ərazidə olan tikililər və evlər yanğından mühafizə olnmuşdur. Yanğın saat 13:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda taxıl sahəsi 8 ha, kol-kos və quru ot 4 ha sahədə yanmışdır. Ərazidə olan tikililər yanğından mühafizə olnmuşdur. Yanğın saat 16:32-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

05 iyun 2017-ci il saat 19:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir şəhərində 1 nəfərin Kür çayında çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 18:55-də başa çatmışdır.

Geri

05 iyun 2017-ci il saat 15:50-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:45-də başa çatmışdır. 

Geri

05 iyun 2017-ci il saat 15:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element Nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 15:00-da başa çatmışdır.

Geri

05 iyun 2017-ci il saat 15:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda mənzildə 2 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 14:18-də başa çatmışdır.

Geri

05 iyun 2017-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 264 m² olan mansard tipli birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda digər vətəndaşa məxsus ümumi sahəsi 117 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 99 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:12-də başa çatmışdır.

Geri

05 iyun 2017-ci il saat 11:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 250 m2 olan mansard tipli ikimərtəbəli çay evinin mətbəxində mətbəx əşyaları 20 m2 sahədə yanmışdır. Çay evinin qalan hissəsi yanğından mühafizə olnmuşdur. Yanğın saat 09:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

05 iyun 2017-ci il saat 06:00-dək, ilkin məlumata əsasən:

Saatlı rayonu, Mircəlalkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 98 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tiklilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Susay kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan ikimərtəbəli mansart tipli evin yanar konstruksiyaları 180 m2 sahədə yanmışdır. Evin 1 otaqı yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 60 m2 olan yardımçı tikilinin yanar konstruksiyaları və dam örtüyü yanmışdır. Yaxınlıqdaki ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

05 iyun 2017-ci il saat 01:15-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Xuluf kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 molan yardımçı tiklinin damına yığılmış 3 ton ot bağlaması yanmışdır. Tikili yanğından mühafizə olnmuşdur. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda 3 ha sahədə quru ot yanmışdır. Ərazidəki ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:17-də başa çatmışdır.