Geri

05 iyun 2017-ci il saat 01:15-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Xuluf kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 molan yardımçı tiklinin damına yığılmış 3 ton ot bağlaması yanmışdır. Tikili yanğından mühafizə olnmuşdur. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda 3 ha sahədə quru ot yanmışdır. Ərazidəki ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:17-də başa çatmışdır.