Geri

04 iyun 2017-ci il saat 13:50-dək, ilkin məlumata əsasən:

03 iyun 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Muğan kanalının Saatlı rayonunun, Qaralar kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 120 km aralı, nəzarətsiz ərazidə)1 nəfərin batması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılmışdır. 04 iyun 2017-ci il tarixində 2007-ci il təvəllüdlü, Fərəcov Etibar Ramin oğlunun cəsədi, ”Salyan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən batdığı yerdən 3 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:54-də başa çatmışdır.
Geri

04 iyun 2017-ci il saat 09:15-dək, ilkin məlumata əsasən:

Salyan rayonu, Sarvan kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

04 iyun 2017-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 40 molan taxta konstruksiyadan ibarət köməkçi tikili yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

04 iyun 2017-ci il saat 00:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 23:10-da başa çatmışdır. ​