Geri

30 iyun 2017-ci il saat 13:00-dək, ilkin məlumata əsasən

Quba rayonu, Qonaqkənd kəndində vətəndaşa məxsus “LADA” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Qalağayın kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə, yaxınlıqda olan ümumi sahəsi 80 m2 olan talvarın yanar konstruksiyaları 40 m2 sahədə və talvarın altlna yığılmış 12 ton ot bağlamasının 4 tonu yanmışdır. Köməkçi tikililərin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda bir dam altında tikilmiş, ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 300 m2 olan birmərtəbəli evin bir otağı və ev əşyaları 20 m sahədə yanmışdır. Bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2017-ci il saat 12:45-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını valideynlərinə təhvil vermişlər. Əməliyyat saat 11:42-də başa çatmışdır.

Geri

30 iyun 2017-ci il saat 08:30-dək, ilkin məlumata əsasən

Sumqayıt şəhərində vətəndaşa məxsus bir dam altında tikilmiş ümumi sahəsi 1300 m2 olan kafenin və mağazanın yanar konstruksiyaları 350 m2 sahədə yanmışdır. Digər bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2017-ci il saat 07:10-dək, ilkin məlumata əsasən

Abşeron rayonunda 100 ha sahədə quru ot və dəmir yolunun xətti boyunca 200 m2 sahədə taxta şalbanlar yanmışdır. Yaxınlıqdakı su anbarı yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Alxanlı kəndində 40 ha sahədə quru ot yanmışdır. Yanğın saat 01:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan mağazanın içərisində olan avadanlıqlar 10 m2 sahədə yanmışdır. Mağaza yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2017-ci il saat 00:40-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:54-də başa çatmışdır.