Geri

30 iyun 2017-ci il saat 08:30-dək, ilkin məlumata əsasən

Sumqayıt şəhərində vətəndaşa məxsus bir dam altında tikilmiş ümumi sahəsi 1300 m2 olan kafenin və mağazanın yanar konstruksiyaları 350 m2 sahədə yanmışdır. Digər bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2017-ci il saat 07:10-dək, ilkin məlumata əsasən

Abşeron rayonunda 100 ha sahədə quru ot və dəmir yolunun xətti boyunca 200 m2 sahədə taxta şalbanlar yanmışdır. Yaxınlıqdakı su anbarı yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Alxanlı kəndində 40 ha sahədə quru ot yanmışdır. Yanğın saat 01:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan mağazanın içərisində olan avadanlıqlar 10 m2 sahədə yanmışdır. Mağaza yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2017-ci il saat 00:40-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:54-də başa çatmışdır.