Geri

29 iyun 2017-ci il saat 18:20-dək, ilkin məlumata əsasən

Xaçmaz rayonu, Hacıəlibəy kəndində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin bir otağının yanar konstruksiyaları 17 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyun 2017-ci il saat 16:30-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan taxtadan ibarət tövlə yanmışdır. Bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Xanxanımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 20 ha olan biçilməmiş taxıl sahəsinin 0,7 ha yanmışdır. Taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala şəhəri, Dördlər kəndində "PAZ" markalı sərnişin avtobusunun yanar hissələri yanmışdır. Yol kənarındakı elektrik dirəyi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyun 2017-ci il saat 16:10-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir şəhəri, Yuxarı Qarabağ kanalında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 15 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1970-ci il təvəllüdlü Marif Arif oğlu Məmmədovun cəsədini sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 15:40-da başa çatmışdır.

Geri

29 iyun 2017-ci il saat 14:50-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 25 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyun 2017-ci il saat 14:10-dək, ilkin məlumata əsasən

Xaçmaz rayonu, Qadaşoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 12 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Naftalan şəhəriində vətəndaşa məxsus ümumi sahəsi 84 m2 olan birmərtəbəli 3 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları və ev əşyaları 35 m2 sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyun 2017-ci il saat 13:20-dək, ilkin məlumata əsasən

Xızı rayonu, Yeni Yaşma kəndində ümumi sahəsi 1684 m2 olan üçmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində yardımçı otağın içərisinə yığılmış karton və kağız tullantıları 8 m2 sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyun 2017-ci il saat 12:00-dək, ilkin məlumata əsasən

Masallı rayonu, İkinci Səmədxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan təndirxananın yanar konstruksiyaları 15 m2 sahədə yanmışdır. Təndirxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyun 2017-ci il saat 11:30-dək, ilkin məlumata əsasən

Sabirabad rayonu, Qaragüney kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyun 2017-ci il saat 08:15-dək, ilkin məlumata əsasən

Kürdəmir rayonu, Atakişili kəndində gücü 63 kVt olan transformatorun yağı və sarğıları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd sayğac yanmışdır. Yanğın zamanı yuxarı mərtəbələrdən 14 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxlıyə olunmuşdur. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyun 2017-ci il saat 08:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Sərçuvar kəndində “Mercedes” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Bayramov Elmin Maarif oğlunun və avtomobildə olan 1 nəfər sərnişinin 1966-cı il təvəllüdlü Abbasova Reyhanə Maşallah qızının sıxılmış vəziyyətdə qalmış cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 06:30-da başa çatmışdır.​
Geri

29 iyun 2017-ci il saat 05:30-dək, ilkin məlumata əsasən

İmişli rayonu, Muradalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Xallıcalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:40-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​

Geri

29 iyun 2017-ci il saat 02:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:25-də başa çatmışdır. ​

Geri

29 iyun 2017-ci il saat 01:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:33-də başa çatmışdır. ​