Geri

29 iyun 2017-ci il saat 08:15-dək, ilkin məlumata əsasən

Kürdəmir rayonu, Atakişili kəndində gücü 63 kVt olan transformatorun yağı və sarğıları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd sayğac yanmışdır. Yanğın zamanı yuxarı mərtəbələrdən 14 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxlıyə olunmuşdur. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyun 2017-ci il saat 08:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Sərçuvar kəndində “Mercedes” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Bayramov Elmin Maarif oğlunun və avtomobildə olan 1 nəfər sərnişinin 1966-cı il təvəllüdlü Abbasova Reyhanə Maşallah qızının sıxılmış vəziyyətdə qalmış cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 06:30-da başa çatmışdır.​
Geri

29 iyun 2017-ci il saat 05:30-dək, ilkin məlumata əsasən

İmişli rayonu, Muradalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Xallıcalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:40-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​

Geri

29 iyun 2017-ci il saat 02:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:25-də başa çatmışdır. ​

Geri

29 iyun 2017-ci il saat 01:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:33-də başa çatmışdır. ​