Geri

19 iyun 2017-ci il saat 07:30-dək, ilkin məlumata əsasən

Abşeron rayonu, Digah qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 20 molan köməkçi tikilinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanmışdır. Bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən rayonu, Tülü kəndində vətəndaşa məxsus "T-80" markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 3 ton ot bağlamasının 2 tonu yanmışdır. Traktor və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

19 iyun 2017-ci il saat 03:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:52-də başa çatmışdır.

Geri

19 iyun 2017-ci il saat 02:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 01:00-da başa çatmışdır.

Geri

19 iyun 2017-ci il saat 01:10-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:31-də başa çatmışdır.