Geri

17 iyun 2017-ci il saat 08:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1963-cü il təvəllüdlü Məmmədov Rəfail Təvəkkül oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 07:29-da başa çatmışdır. ​

Geri

17 iyun 2017-ci il saat 08:15-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 m2 olan taxtadan ibarət köşkün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı elektrik lövhəsi və tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.