Geri

16 iyun 2017-ci il saat 18:30-dək, ilkin məlumata əsasən:

Ucar rayonu, Pirkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m2 sahədə və damına yığılmış 1.5 ton ot bağlamasının 1 tonu yanmışdır. Yanğın zamanı tövlədə olan sayi məlum olmayan ev quşları tüstüdən boğularaq tələf olmuşdur. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin ümumi dəhlizində yerləşən sahəsi 30 m2 olan mətbəxin yanar konstruksiyaları yanmışdır. Yüksək temperaturdan mətbəxin və dəhlizin lambirindən ibarət tavanı 60 m2 sahədə ərimişdir. Yanğın zamanı 3 nəfər sakin yanğınsöndürənlər tərəfindən xilas edilmiş və 25 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Dəhlizin qalan hissəsi və bina yanğından mühafızə olunmuşdur. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 62 m2 sahədə və dam örtüyü 60 m2 sahədə yanmışdır. Yanğın zamanı 1 azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli restoranının mətbəxində 4 m2 sahədə mebel yanmışdır. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m2 sahədə ərimişdir. Restoranın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 iyun 2017-ci il saat 18:00-dək, ilkin məlumata əsasən:

İlkin məlumatlara əsasən,yerli vaxtla saat 17:41-də Göyçay rayonu ərazisində 4.3 maq, 50 km dərinlikdə zəlzələ qeyde alınmışdır. Zəlzələ episentrdə 4 ball, ətraf rayoynlarda isə 3 bala qədər hiss olunmuşdur. Dağıntı və tələfat haqqında məlumat daxil olmamışdır. Əlavə məlumat veriləcək.​

Geri

16 iyun 2017-ci il saat 17:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 2 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:50-də başa çatmışdır.​

Geri

16 iyun 2017-ci il saat 14:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:11-də başa çatmışdır.​

Geri

16 iyun 2017-ci il saat 14:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən ofis binalarının birində termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element Nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 13:10-da başa çatmışdır.​

Geri

16 iyun 2017-ci il saat 12:30-dək, ilkin məlumata əsasən:

Göygöl şəhərində vətəndaşa məxsus "QAZ” markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Muradalılı kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 molan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 msahədə yanmışdır. Yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 750 molan sexin içərində 100 msahədə taxta tullantıları və 120 msahədə tavan yanmışdır. Sexin qalan hissəsi və dəzgahlar yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 iyun 2017-ci il saat 11:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 10:55-də başa çatmışdır.​

Geri

16 iyun 2017-ci il saat 07:30-dək, ilkin məlumata əsasən:

Mingəçevir şəhərində çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45 molan 2 otaqlı mənzilin mətbəxində qaz sobasının üzərində nəzarətsiz qalmış xörək qazanı yanmışdır. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər tüstüdən yüngül zəhərlənmiş halda aşkar edilərək xilas edilmişdir. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində Meşə Təsərrüfatı İdarəsinə məxsus ərazidə 1,5 ha sahədə kol-kos və ağaclar yanmışdır. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 iyun 2017-ci il saat 06:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element Nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 05:17-də başa çatmışdır.​

Geri

16 iyun 2017-ci il saat 00:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element Nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 23:48-də başa çatmışdır.​