Geri

16 iyun 2017-ci il saat 14:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:11-də başa çatmışdır.​

Geri

16 iyun 2017-ci il saat 14:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən ofis binalarının birində termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element Nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 13:10-da başa çatmışdır.​

Geri

16 iyun 2017-ci il saat 12:30-dək, ilkin məlumata əsasən:

Göygöl şəhərində vətəndaşa məxsus "QAZ” markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Muradalılı kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 molan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 msahədə yanmışdır. Yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 750 molan sexin içərində 100 msahədə taxta tullantıları və 120 msahədə tavan yanmışdır. Sexin qalan hissəsi və dəzgahlar yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 iyun 2017-ci il saat 11:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 10:55-də başa çatmışdır.​

Geri

16 iyun 2017-ci il saat 07:30-dək, ilkin məlumata əsasən:

Mingəçevir şəhərində çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45 molan 2 otaqlı mənzilin mətbəxində qaz sobasının üzərində nəzarətsiz qalmış xörək qazanı yanmışdır. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər tüstüdən yüngül zəhərlənmiş halda aşkar edilərək xilas edilmişdir. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində Meşə Təsərrüfatı İdarəsinə məxsus ərazidə 1,5 ha sahədə kol-kos və ağaclar yanmışdır. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 iyun 2017-ci il saat 06:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element Nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 05:17-də başa çatmışdır.​

Geri

16 iyun 2017-ci il saat 00:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element Nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 23:48-də başa çatmışdır.​