Geri

15 iyun 2017-ci il saat 20:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1954-cü il təvəllüdlü Əliyev Əsgər Nuxbaloviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 18:38-də başa çatmışdır.

Geri

15 iyun 2017-ci il saat 19:30-dək, ilkin məlumata əsasən:

Ağdaş rayonu, Şəmsəbad kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 molan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m2sahədə və damına yığılmış 7 ton ot bağlamasının 5 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 iyun 2017-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Göyçay rayonu, Ləkçılpaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan tövlənin çardağının yanar konstruksiyaları və 1 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 iyun 2017-ci il saat 18:00-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonu, Maqov kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Ot bağlamsının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 iyun 2017-ci il saat 14:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 2 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:46-da başa çatmışdır.

Geri

15 iyun 2017-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Yolçubəyli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 iyun 2017-ci il saat 12:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 2 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 11:15-də başa çatmışdır.

Geri

15 iyun 2017-ci il saat 07:00-dək, ilkin məlumata əsasən:

12.06.2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ağcəbədi rayonu, Qaradolaq kəndi ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü Yuxarı Qarabağ kanalına atmısı barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılmışdır. 15.06.2017-ci il tarixində 1963-cü il təvəllüdlü Mayılov Tofiq Cəlil oğlunun cəsədi batdığı yerdən 25 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:30-da başa çatmışdır.​

Geri

15 iyun 2017-ci il saat 05:00-dək, ilkin məlumata əsasən:

İsmayıllı rayonu, İstisu kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan mansard tipli birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanmışdır. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və yük hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.