Geri

15 iyun 2017-ci il saat 05:00-dək, ilkin məlumata əsasən:

İsmayıllı rayonu, İstisu kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan mansard tipli birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanmışdır. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və yük hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.