Geri

14 iyun 2017-ci il saat 10:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 09:40-da başa çatmışdır.​

Geri

14 iyun 2017-ci il saat 01:00-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində yaşayış binasına bitişik tikilmiş mağazanın xarici divarına quraşdırılmış elektrik lövhəsində 6 ədəd sayğac və 60 p.m elektrik naqili yanmışdır. Mağaza yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bərdə şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Qarabağ Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:37-də başa çatmışdır.