Geri

01 iyun 2017-ci il saat 19:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində mənzildə 1 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 18:33-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:42-də başa çatmışdır.

Geri

01 iyun 2017-ci il saat 19:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus evin zirzəmisində 6 msahəyə yığılmış əşyalar yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 iyun 2017-ci il saat 18:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 metr solda nəzarətsiz ərazidə) 1 nəfərin intihar məqsədiylə özünü dənizə atması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilmiş və 1994-cü il təvəllüdlü Vüsal Əvəz oğlu Cəfərovun cəsədi batdığı yerdən “Bakı Mərkəz” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:03-də başa çatmışdır.

Geri

01 iyun 2017-ci il saat 16:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nizami rayonunda istifadəyə yararsız qurğunun üzlüyünə vurulmuş taxta atmalar, şifer və binanın ətrafında 500 msahədə quru ot yanmışdır. Yaxınlıqdakı yaşayış evləri və tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Məzrəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 molan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları, qamışdan ibarət tavanı 70 msahədə və dam örtüyü 90 msahədə yanmışdır . Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 iyun 2017-ci il saat 13:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərməyən dördmərtəbəli tikilidə yanğın başverməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılmışdır. Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

Geri

01 iyun 2017-ci il saat 12:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 30 molan tikilinin dam örtüyünün yanar konstruksiyaları 25 msahədə yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 iyun 2017-ci il saat 08:15-dək, ilkin məlumata əsasən:

Ağdam rayonu, Quzanlı qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli iki otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Zobucuq qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 1 otaqlı evin hamamıında 1 ədəd paltaryuyan, hamamın lambirdən ibarət tavanı və divar üzlüyü 4 m2 sahədə yanmış, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 10 m2 sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 07:49-da başa çatmışdır.

Geri

01 iyun 2017-ci il saat 03:30-dək, ilkin məlumata əsasən:

Qax rayonu, Dəymədağlı kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmış, nəticədə avtomobilin yanar hissələri yanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 iyun 2017-ci il saat 00:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:12-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin giriş qapısını açmış və yatmış vəziyyətdə aşkarlanmış vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 00:35-də başa çatmışdır.