Geri

01 iyun 2017-ci il saat 12:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 30 molan tikilinin dam örtüyünün yanar konstruksiyaları 25 msahədə yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 iyun 2017-ci il saat 08:15-dək, ilkin məlumata əsasən:

Ağdam rayonu, Quzanlı qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli iki otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Zobucuq qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 1 otaqlı evin hamamıında 1 ədəd paltaryuyan, hamamın lambirdən ibarət tavanı və divar üzlüyü 4 m2 sahədə yanmış, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 10 m2 sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 07:49-da başa çatmışdır.

Geri

01 iyun 2017-ci il saat 03:30-dək, ilkin məlumata əsasən:

Qax rayonu, Dəymədağlı kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmış, nəticədə avtomobilin yanar hissələri yanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 iyun 2017-ci il saat 00:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:12-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin giriş qapısını açmış və yatmış vəziyyətdə aşkarlanmış vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 00:35-də başa çatmışdır.