Geri

15 may 2017-ci il saat 12:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını valideynlərinə təhvil vermişlər. Əməliyyat saat 11:00-da başa çatmışdır.

Geri

15 may 2017-ci il saat 10:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 101-ci km, Siyəzən rayonu ərazisində “Changan” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər “Changan” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər yaralı və 2 nəfərin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 09:00-da başa çatmışdır.

Geri

15 may 2017-ci il saat 10:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda "Toyota" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1941-ci il təvəllüdlü Əliyev Elman Bəhman oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 08:38-də başa çatmışdır.​

Geri

15 may 2017-ci il saat 09:20-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Suraxanı rayonunda gücü 6 kVt olan transformatorun giriş kabeli 6 p.m yanmışdır. Transformatorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "Kia" markalı, minik avtomobilinin mühərrik hissəsi, 1 ədəd təkəri və yük hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi  yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus “Range Rover” markalı, minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 may 2017-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonunda inzibati binanın həyətyanı sahəsində 58 ədəd soyuducu və 6 p.m elektrik naqili yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.