Geri

14 may 2017-ci il saat 23:25-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:34-də başa çatmışdır.

Geri

14 may 2017-ci il saat 21:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zaqatala şəhərində mənzildə 1 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:22-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 660 m2 olan tikilinin tavan hissəsi 5 m2 sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 may 2017-ci il saat 15:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:22-də başa çatmışdır.

Geri

14 may 2017-ci il saat 14:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1936-cı il təvəllüdlü Qruliyeva Mina Nikolayevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:33-də başa çatmışdır.

Geri

14 may 2017-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 molan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 msahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.Yanğın saat 03:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 may 2017-ci il saat 03:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində mənzildə 1 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və uşağı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 01:41-də başa çatmışdır.

 

 

Geri

14 may 2017-ci il saat 01:00-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonu, Qaravəlli kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı tövlədə olan 8 baş iribuynuzlu heyvan yanaraq tələf olmuşdur. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda 5 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:13-də başa çatmışdır.