Geri

01 may 2017-ci il saat 02:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:44-də başa çatmışdır.

Geri

01 may 2017-ci il saat 01:10-dək, ilkin məlumata əsasən:

Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 50 m2 olan taxta konstruksiyadan ibarət 2 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.