Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1979-cu il təvəllüdlü Məmmədov Müslüm Tahir oğlununun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 16:53-də başa çatmışdır.
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan sexin içərisində 1 ədəd dəzgah və 1 ədəd elektrik sayğacı yanmışdır. Sex yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 57 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları 45 m2 sahədə yanmışdır. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Xaçmaz rayonu, Sərkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 m2 olan talvarın yanar konstruksiyaları, altına yığılmış 1700 ədəd taxta tara və talvara bitişik ümumi sahəsi 12 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Taraların qalan hissəsi və ərazidəki alma ağacları yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.