Geri

30 aprel 2017-ci il saat 17:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:03-də başa çatmışdır.
Geri

30 aprel 2017-ci il saat 07:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 molan sexin içərisində 1 ədəd dəzgah və 1 ədəd elektrik sayğacı yanmışdır. Sex yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 aprel 2017-ci il saat 04:30-dək, ilkin məlumata əsasən:

Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 57 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları 45 m2 sahədə yanmışdır. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 aprel 2017-ci il saat 00:15-dək, ilkin məlumata əsasən:

Xaçmaz rayonu, Sərkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 m2 olan talvarın yanar konstruksiyaları, altına yığılmış 1700 ədəd taxta tara və talvara bitişik ümumi sahəsi 12 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Taraların qalan hissəsi və ərazidəki alma ağacları yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.