Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 57 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları 45 m2 sahədə yanmışdır. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Xaçmaz rayonu, Sərkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 m2 olan talvarın yanar konstruksiyaları, altına yığılmış 1700 ədəd taxta tara və talvara bitişik ümumi sahəsi 12 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Taraların qalan hissəsi və ərazidəki alma ağacları yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.