Geri

03 aprel 2017-ci il saat 09:00-dək, ilkin məlumata əsasən

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanmışdır. Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 18 m² sahədə ərimişdir. Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilmişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 aprel 2017-ci il saat 06:45-dək, ilkin məlumata əsasən:

Gəncə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 67 m² olan birmərtəbəli 3 otaqlı çay evinin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə, 2-ci otağın giriş qapısı və tavanı 12 m² sahədə yanmışdır. Çay evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.