Geri

14 aprel 2017-ci il saat 09:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" və “KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğın nəticəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmış və avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Digər avtomobil yanğından mühafizə olunmuşdur. Əməliyyat saat 09:02-də başa çatmışdır.

Geri

14 aprel 2017-ci il saat 07:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan şirniyyat evinin lambirdən ibarət tavanı 20 m2 sahədə və 2 ədəd soba yanmışdır. Şirniyyat evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 aprel 2017-ci il saat 01:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxılaraq qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq dəmir halqanı kəsmiş və vətəndaşın barmağından çıxarmışlar. Əməliyyat saat 00:29-da başa çatmışdır.