Geri

14 fevral 2017-ci il saat 20:40-dək, ilkin məlumata əsasən:

Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 280 m2 olan ikimərtəbəli 4 otaqlı evin mansardının yanar konstruksiyaları 40 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 fevral 2017-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Goranboy rayonu, Qaramusalı kəndində ümumi sahəsi 186 m2 olan birmərtəbəli 10 otaqdan ibarət binanın mətbəxində tavanın yanar konstruksiyaları 12 m2 sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 fevral 2017-ci il saat 16:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 1 ədəd divan və lambirdən ibarət tavan 4 m2 sahədə yanmışdır. Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Cəfərov Cabbar Siyavuş oğlunun meyiti aşkar olunmuşdur. Bitişik mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 fevral 2017-ci il saat 11:30-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Kalinovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə və tövlənin damına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 fevral 2017-ci il saat 10:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 09:00-da başa çatmışdır. 

Geri

14 fevral 2017-ci il saat 09:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400 m² olan anbarın içərisinə yığılmış mebellər 100 m² sahədə yanmışdır. Anbarın içərisinə yığılmış mebellərin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.