Geri

06 dekabr 2017-ci il saat 18:30-dək:

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 25 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Pirallahı rayonunda ümumi sahəsi 75 m2 olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Geri

06 dekabr 2017-ci il saat 17:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

06 dekabr 2017-ci il saat 15:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər gözdən əlil şəxs mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin ünvana gələrək giriş qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

06 dekabr 2017-ci il saat 02:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və yatmış vəziyyətdə aşkar olunan vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​