Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər gözdən əlil şəxs mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin ünvana gələrək giriş qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.