Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 320 m² olan 8 otaqlı evin döşəməsi 1 m² sahədə və 1 ədəd televizor yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 48 m2 olan tikilinin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Sumqayıt şəhərində ümumi sahəsi 390 m2 olan ikimərtəbəli, 5 otaq və mansardadan ibarət evin (tikintisi başa çatmayan) mansardasının yanar konstruksiyaları 130 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Bakı şəhərinin Suraxanı rayonunda "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;
Tovuz rayonunun Məşədilər kəndində talvarın yanar konstruksiyaları 98 m2 sahədə və 6 ton ot bağlamasının 5 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;
Qəbələ rayonunun Hacıalılı kəndində tövlənin yanar konstruksiyaları və 2,3 ton ot bağlamasının 1,2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.