Geri

05 dekabr 2017-ci il saat 02:15-dək:

Bakı şəhərinin Suraxanı rayonunda "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Tovuz rayonunun Məşədilər kəndində talvarın yanar konstruksiyaları 98 m2 sahədə və 6 ton ot bağlamasının 5 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Qəbələ rayonunun Hacıalılı kəndində tövlənin yanar konstruksiyaları və 2,3 ton ot bağlamasının 1,2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​