Geri

04 dekabr 2017-ci il saat 18:00-dək:

Salyan rayonunda bərbərxananın yanar konstruksiyaları 9 m2 sahədə yanmışdır. Bərbərxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Abşeron rayonunun Xırdalan şəhərində kafenin mətbəxində məişət texnikaları və lambirdən ibarət tavan 2 m2 sahədə yanmışdır. Kafenin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Pirallahı rayonunun Çilov qəsəbəsində köməkçi tikilinin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

04 dekabr 2017-ci il saat 11:00-dək:

Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 196 ünvanda  17 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinədək şaxtadan keçən elektrik kabelləri 50 p.m yanmışdır. Yanğın zamanı tüstülənmiş mənzillərdən 34 nəfər təxliyə edilmişdir. Təxliyə edilən şəxslərdən ikisi tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılmışdır. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

04 dekabr 2017-ci il saat 02:30-dək:

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 80 m2 olan transformator otağında transformatorun giriş naqilləri 2 p.m və 2 ədəd kondisioner yanmışdır. Transformator yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Üçtəpə kəndində ümumi sahəsi 84 m2 olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 30 ton ot bağlamasının 10 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

04 dekabr 2017-ci il saat 01:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi səbəbilə mənzildə köməksiz vəziyyətdə qalmışdır. Sumqayıt Regional Mərkəzinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.