Geri

04 dekabr 2017-ci il saat 02:30-dək:

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 80 m2 olan transformator otağında transformatorun giriş naqilləri 2 p.m və 2 ədəd kondisioner yanmışdır. Transformator yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Üçtəpə kəndində ümumi sahəsi 84 m2 olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 30 ton ot bağlamasının 10 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

04 dekabr 2017-ci il saat 01:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi səbəbilə mənzildə köməksiz vəziyyətdə qalmışdır. Sumqayıt Regional Mərkəzinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.