Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Gədəbəy rayonu, Başkənd kəndində ümumi sahəsi 132 m2 olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 70 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Biləsuvar rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə, digər otaqların tavanı 80 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbi ilə yağış suları ilə dolmuş və nəticədə 4 nəfər köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə təxliyə etmişlər. Əməliyyat başa çatmışdır.
Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Salyan rayonu, Sarvan kəndində “Temsa” markalı mikroavtobus ilə “Mitsubishi” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzinin xilasediciləri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 80 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə, 2 otağının yanar konstruksiyaları 30 m2 sahədə və dəhlizinin tavanı 15 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Salyan rayonu, Boranıkənd kəndində ümumi sahəsi 162 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğının kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Bəhrəmli Fatimə Novruz qızı və 2013-cü il təvəllüdlü Bəhrəmli Ceyranxatun Novruz qızının yanmış cəsədləri aşkar olunmuşdur. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində “VAZ” markalı avtomobil yol kənarındakı səkiyə çırpılmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Mingəçevir şəhərində ümumi sahəsi 168 m2 olan avtomobilyuma sexinin tavan hissəsi 15 m2 sahədə yanmışdır. Avtomobilyuma sexinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.