26 dekabr 2017-ci il tarixində axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmamış və onlarla əlaqə kəsilmişdir. Məlumat aidiyyəti qurumlara ötürülmüşdür. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi axtarışlara başlamışdır. Axtarış işləri barədə əlavə məlumat veriləcək.