Geri

26 dekabr 2017-ci il saat 16:30-dək:

Şəki rayonu, Qayabaşı kəndində ümumi sahəsi 28 m2 olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

26 dekabr 2017-ci il saat 16:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonunun Həsənqaya kəndində 2 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

26 dekabr 2017-ci il saat 15:15-dək:

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 600 m2 olan birmərtəbəli 6 otaqlı evin mansardasının döşəməsi 3 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

26 dekabr 2017-ci il saat 13:45-dək:

Abşeron rayonu, Hökməli qəsəbəsində ümumi sahəsi 120 m2 olan ikimərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları 20 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

26 dekabr 2017-ci il saat 12:15-dək:

Ağcabədi rayonunda ümumi sahəsi 36 m2 olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və içərisində olan məişət əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

26 dekabr 2017-ci il saat 11:30-dək:

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 87 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 3 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Xəlfələr kəndində ümumi sahəsi 220 m2 olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları 140 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

26 dekabr 2017-ci il saat 03:00-dək:

Şamaxı rayonu, Şəhriyar qəsəbəsində birmərtəbəli bir-birinə bitişik ümumi sahəsi 224 m² olan 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 45 m² sahədə, ümumi sahəsi 30 m² olan 2 otaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 90 m² olan 5 otaqlı evin 3 otağının tavanı 16 m² (ümumi 91 m²) sahədə yanmışdır. Bitişik olan digər evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

26 dekabr 2017-ci il saat 01:45-dək:

Oğuz rayonu, Bucaq kəndində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 18 m² sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.