Abşeron rayonu ərazisində “Hamm” markalı dişli asvaltbasan texnikanın mühərriki və kabina hissəsi yanmışdır. Ərazidə olan digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışlar. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək mənzilin qapısını açmış və vətəndaşların xilas olunmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Ağcabədi rayonu, Qaravəlli kəndində ümumi sahəsi 255 m2 olan birmərtəbəli 5 otaqlı evin 2 otağının tavanı 40 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Siyəzən rayonu, Qarabulaq kəndində ümumi sahəsi 96 m2 olan tövlənin qamışdan ibarət dam örtüyü 50 m2sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Xaçmaz rayonu, Xudat şəhərində ümumi sahəsi 400 m2 olan orta məktəbin 2-ci mərtəbəsində 2 m2 sahədə döşəmə yanmışdır. Otağın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və əşyaları 20 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Kürdəmir rayonunda ümumi sahəsi 204 m2 olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 124 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Oğuz rayonunda ümumi sahəsi 108 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 6 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Salyan rayonu, Sarvan kəndində ümumi sahəsi 360 m2 olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 6 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sumqayıt şəhərində ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin 1 otağının döşəməsi 6 m2 sahədə və divar kağızı 4 m2 sahədə yanmışdır. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 255 m2 olan mebel sexinin yanar konstruksiyaları və içərsində olan əşyalar yanmışdır. Sexə bitişik digər sexlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Şəki rayonunun Baş Göynük kəndində ümumi sahəsi 50 m2 olan tövlənin çardağının yanar konstruksiyaları 10 m2 sahədə və çardağın altına yığılmış 5 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Siyəzən rayonunun Zarat kəndində 80 ton ot tayasının 36 tonu yanmışdır. Ot tayasının qalan hissəsi və bitişik digər ot tayası yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.