Salyan rayonu, Sarvan kəndində ümumi sahəsi 360 m2 olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 6 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sumqayıt şəhərində ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin 1 otağının döşəməsi 6 m2 sahədə və divar kağızı 4 m2 sahədə yanmışdır. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 255 m2 olan mebel sexinin yanar konstruksiyaları və içərsində olan əşyalar yanmışdır. Sexə bitişik digər sexlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Şəki rayonunun Baş Göynük kəndində ümumi sahəsi 50 m2 olan tövlənin çardağının yanar konstruksiyaları 10 m2 sahədə və çardağın altına yığılmış 5 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Siyəzən rayonunun Zarat kəndində 80 ton ot tayasının 36 tonu yanmışdır. Ot tayasının qalan hissəsi və bitişik digər ot tayası yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.