Geri

19 noyabr 2017-ci il saat 11:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlamışdır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunmuşdur. İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşə zolağına keçmə təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.

Geri

19 noyabr 2017-ci il saat 08:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 80 molan birmərtəbəli 3 otaqlı evin  dam ötüyünün, dəhlizinin və bir otağının yanar konstruksiyaları 70 msahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

19 noyabr 2017-ci il saat 01:15-dək,


Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 7-ci mərtəbəsində 9 ədəd elektrik sayğacı və elektrik açarı yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

19 noyabr 2017-ci il saat 00:00-dək:

Qax rayonunda ümumi sahəsi 80 molan qarışıq mallar mağazasında 50 msahədə rəflərə yığılmış mallar yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.