Geri

09 oktyabr 2017-ci il saat 18:30-dək:

Şəki rayonu, Qayabaşı kəndində 5 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

09 oktyabr 2017-ci il saat 16:30-dək:

Bakı şəhəri, Nizami rayonunda "Opel" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

09 oktyabr 2017-ci il saat 14:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

09 oktyabr 2017-ci il saat 09:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda “Howo” markalı yük avtomobili aşmış, kuzada olan qum ətrafa dağılmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloqları hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər sürücü, 1983-cü il təvəllüdlü Haqverdiyev Xalid Əlirza oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Qum altında insan faktorunun olması ehtimalı ilə kinoloqlar xüsusi təlim görmüş itlərlə müvafiq axtarış işləri aparmışlar. Əməliyyat başa çatmışdır.

Geri

09 oktyabr 2017-ci il saat 09:00-dək:

Bakı şəhəri, Nərimanov rayonunda çilingər sexinin yanar konstruksiyaları 30 m2 sahədə yanmışdır. Bitişik sexlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul-Horadiz yolunun 28-ci kilometrliyində Sabirabad rayonu ərazisində “KAMAZ“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşmuşdur. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış 2 nəfəri avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

09 oktyabr 2017-ci il saat 08:00-dək:

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 200 molan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın yanar konstrukiyaları 18 msahədə, dəhlizin tavanı 5 mvə dam örtüyü 28 m2 sahədə yanmışdır. Evin qalan hissəsi və yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lerik rayonunda hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 120 molan birmərtəbəli tikilinin yanar konstruksiyaları 20 msahədə yanmışdır. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından muhafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 1350 molan üçmərtəbəli qonaq evinin mətbəxində 1 ədəd aspirator yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

09 oktyabr 2017-ci il saat 05:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi səbəbilə mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.