Geri

09 oktyabr 2017-ci il saat 08:00-dək:

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 200 molan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın yanar konstrukiyaları 18 msahədə, dəhlizin tavanı 5 mvə dam örtüyü 28 m2 sahədə yanmışdır. Evin qalan hissəsi və yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lerik rayonunda hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 120 molan birmərtəbəli tikilinin yanar konstruksiyaları 20 msahədə yanmışdır. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından muhafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 1350 molan üçmərtəbəli qonaq evinin mətbəxində 1 ədəd aspirator yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

09 oktyabr 2017-ci il saat 05:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi səbəbilə mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.