Daşkəsən rayonu, Dəstəfur kəndində 8 ha ərazidə ağaclar və kol-kos yanmışdır. Meşə təsərrüfatının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin barmağında üzük qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, həkimlərin nəzarəti altında üzüyü vətəndaşın barmağından kəsib çıxarmışlar. Əməliyyat başa çatmışdır.