Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi səbəbilə mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Pirallahı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri mənzilin qapısını açmış və vətəndaşı yatmış vəziyyətdə aşkar etmişlər. Əməliyyat başa çatmışdır.